Ermənistan baş nazirinin müavini Tiqran Avinyan Kəlbəcərlə sərhəddə yaranmış situasiyaya toxunub.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, o, Azərbaycan-Ermənistan sərhədinin Qeqarkunik vilayəti ərazisində yaranan duruma toxunub.
“Moskva ilə hazırda müzakirələr aparılır. Amma Azərbaycan Ordusu ərazidən tam çıxmasa, məsələ həll olunmayacaq”- deyə Avinyan söyləyib.
O, sərhəd gərginliyi ilə bağlı yaxın zamanlarda yeni görüş keçiriləcəyini də söyləyib.