Modern.az

Azad edilən ərazilərdə bələdiyyə seçkiləri keçiriləcək 

Azad edilən ərazilərdə bələdiyyə seçkiləri keçiriləcək 

3 Dekabr 2023, 13:34

Azərbaycanda gələn il bələdiyyə seçkiləri keçiriləcək. Bu, Azərbaycanın öz ərazi bütövlüyünü tam təmin etməsindən sonra baş tutacaq ilk bələdiyyə seçkisi olacaq. Belə ki, bundan əvvəlki bələdiyyə seçkiləri 2019-cu ildə keçirilib. İlkin nəticələrə əsasən, seçilmiş bələdiyyə üzvlərindən 5882 nəfəri qadın, 9272 nəfəri isə kişi olub. 

 

Məlumdur ki, "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı" çərçivəsində bərpa-quruculuq işləri yüksək səviyyədə həyata keçirilir, sakinlər mərhələli şəkildə doğma el - obalarına qayıdırlar.

 

Bəs, bələdiyyələr üçün keçiriləcək sayca 6-cı seçkilər azad edilən ərazilərimizdə də baş tutacaqmı?

 

Məsələ ilə əlaqədar millət vəkili Siyavuş Novruzov Modern.az-a açıqlamasında bildirib ki, azad edilən ərazilərimizdə güc strukturlarının hamısı fəaliyyət göstərdikdən və sakinlərin hamısı o torpaqlara qayıtdıqdan sonra onların da yerli özünüidarəetmə sistemi yaranacaq:

 

"İşğaldan azad edilmiş ərazilərimizdə də təbii ki, bələdiyyə seçkiləri olacaq. Soydaşlarımız torpaqlarına tam geri döndükdən sonra da həmin seçkilər həyata keçirilə bilər. Şübhəsiz ki, bələdiyyə seçkilərinin müddətini qanunvericiliklə dəyişmək mümkündür. Bunun heç bir problemi olmur", - o qeyd edib.

 

Deputat vurğulayıb ki, parlamentdə bələdiyyələrlə bağlı qanunvericiliyə dair bəzi dəyişikliklər gözlənilir:

 

"Bu ilin dekabrından sonra - növbəti ildə Milli Məclisdə bir çox mövzular, o cümlədən, bələdiyyə seçkiləri ilə bağlı qərarlar qəbul ediləcək. Geniş müzakirələr aparılacaq, vaxtı, ümumiyyətlə, hamısı dəqiqləşdiriləcək".

 

Zərintac Mayisqızı

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi