Modern.az

Şuşaya yola düşənlər doğma yurdlarına çatdılar - FOTOLAR

Şuşaya yola düşənlər doğma yurdlarına çatdılar - FOTOLAR

Qarabağ

30 İyul 2024, 13:56

İyulun 30-da Bakı şəhərinin Qaradağ rayonundan yola salınan növbəti köç karvanı Şuşaya çatıb.  Bu mərhələdə şəhərə köçürülən 79 nəfərdən ibarət 21 ailəyə mənzillərin açarları təqdim edilib.

 

Modern.az xəbər verir ki, mərasimdə Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin baş məsləhətçisi Elşad İskəndərov, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin rəsmiləri iştirak ediblər.

 

Şuşaya daimi yaşayış üçün köçürülən ailələrə yeni tikilmiş binalarda mənzil verilir. İndiyədək şəhərdə 147 ailə (570 nəfər) mənzillə təmin edilib.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Komandolar 30 dəqiqəyə düşməni darmadağın edib - ŞOK FAKTLAR