Modern.az

Misirdən azərbaycanlı turistləri cəlb etmək üçün yeni ADDIM

Misirdən azərbaycanlı turistləri cəlb etmək üçün yeni ADDIM

Актуально

16 May 2016, 15:54

İyun ayının 3-də Bakıdan Misirin Şarm Əl-Şeyx turizm şəhərinə aviareys  başlayacaq. Bu uçuşlar 3-4 saat  davam edəcək.

Modern.az –ın məlumatına görə, bu barədə Azərbaycan və Misir Ərəb Respublikası arasında turizm sektoru üzrə əməkdaşlığa həsr olunan mətbuat konfransında deyilib.

Misir Turizm Federasiyası Palatasının nümayəndəsi Əli Qonaym çıxışı zamanı bildirib ki, Misirlə Azərbaycanın oxşar cəhətlətləri çoxdur.

“Özümü burada yad hiss eləmədim. Buradakı insanların qonaqpərvərliyi ,yeməklərin dadı və insanların geyim tərzi Misirdəkinə oxşardır. Misirin çox gözəl təbiəti var. Qış fəslində belə Qırmızı dənizdə, o cümlədən Şarm Əl-Şeyxdə çimərliyindən istifadə edə bilə və istədikləri kimi dincələ bilərlər. Misir həmçinin tarixi abidələri ilə turistlərin sevdiyi yerlərdən biridir ” deyə Əli Qonaym bildirib.

Daha sonra jurnalistlərin sualların cavablandıran “ Air Cairo”  aviaşirkətinin kommersiya direktoru Fəthi Attia bildirib ki, Şarm Əl-Şeyxə Azərbaycanlı turistləri cəlb etmək üçün iyun ayının 3-də Bakı- Şarm Əl Şeyx birbaşa  aviareysinin fəaliyyətləri başlayacaq.

Bununla yanaşı, Misirin digər şəhərlərinə də uçuşları təşkil etmək barədə planlarının olduğunu bildirib. Onun sözlərinə görə , bu aviareyslər başlanğıcda hər həftənin cümə günü “Air Cairo ” Bakı vaxtı ilə saat 9:30 da havaya qalxacaq, bu uçuşlar təxmini 3-4 saat davam edəcək. Səfərlər  “Airbus A320” təyyarəsi ilə həyata keçiriləcək.

Gediş-gəliş biletlərinin qiyməti 350 ABŞ dolları dəyərində olacaq.

Qafar Ağayev

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı