Modern.az

Makron Trampla danışığını sosiska resepti ilə eyniləşdirdi

Makron Trampla danışığını sosiska resepti ilə eyniləşdirdi

Актуально

6 İyun 2018, 09:37

Fransa prezidenti Emmanuel Makron ABŞ prezidenti Donald Trampla keçirdiyi görüşün təfərrüatlarını açıqlamaqdan imtina edib.

 

Modern.az xarici KİV-ə istinadın xəbər verir ki, o bu xəbəri sosiska resepti ilə eyniləşdirib.

 

Fransa prezidenti bunun üçün Almaniya imperiyasının birinci kansleri Bismarkdan sitat gətirib.

 

“Mən heç bir zaman bağlı qapılar arxasında nələr baş verdiyini açıqlamıram. Bismarkın dediyi kimi, əgər insanlara sosiskanın reseptini açıqlasaq inanmıram ki onlar onu yemək istəsinlər” – Makron  bildirib.

 

Bununla yanaşı, o, Trampla dialoqu səmimi keçdiyini də ifadə edib.

 

Qeyd edək ki, bundan əvvəl “CNN” kanalı ABŞ-ın alüminium və polada tətbiq etdiyi əlavə vergilərlə əlaqədar Makron və Tramp arasında telefon danışığı olduğunu bildirib. Kanal danışıqların bərbad keçdiyini vurğulayıb.

 

Əvəz ZEYNALOV

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı