Sumqayıtda xadimə işlədiyi evdən pul və qızıl əşyaları oğurlayıb.
DİN-dən Modern.az-a verilən məlumata görə, iyulun 30-da Sumqayıt şəhər sakini Rəsul Fazil oğlu 4-cü Polis Bolməsinə ərizə ilə müraciət edərək 2017-ci ilin yanvar ayından aprel ayınadək olan müddətdə 30-cu məhəllədəki evindən 7500 manatının və 2000 manat dəyərində qızıl əşyalarının oğurlanmasını bildirib.