"Göygöl Milli Parkına giriş məhdudlaşdırılıb".
Modern.az-ın məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib:
"Buna səbəb Göygöl Milli Parkına gedən yolda “Azəravtoyol” ASC tərəfindən asfalt örtüyünün yenilənməsidir. Bununla əlaqədar 3-4 oktyabr tarixlərində milli parka giriş bağlı olacaq. Müvəqqəti narahatlığa görə ziyarətçilərdən üzr istəyirik".