Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Nizami rayonu C.Naxçıvanski küçəsində çoxmərtəbəli binada yanğın olması barədə məlumat daxil olub.
Nazirlikdən Modern.az-a verilən məlumata görə, hündürmərtəbəli binanın doqquzuncu mərtəbəsində 3 otaqlı mənzilin 1 otağında yanğın baş verib. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Əlavə məlumat veriləcək.