Modern.az

Bakıda asfaltlanmış YOLLAR

Bakıda asfaltlanmış YOLLAR

Актуально

19 Dekabr 2019, 11:10

11 ay ərzində 267 km uzunluğunda qəsəbədaxili küçə və yol təmir edilib.

 

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) Modern.az-a verilən məlumatda bildirilib.

 

Qeyd olunub ki, 2019-cu ilin ilin 11 ayı ərzində Sabunçu rayonunda 91.6 km uzunluğunda 567 min kv.m sahəyə, Xətai rayonunda 17.7 km uzunluğunda 201 min kv.m sahəyə, Yasamal rayonunda 7.4 km uzunluğinda 151 min kv.m sahəyə, Binəqədi rayonunda 26.2 km uzunluğunda 272 min kv.m sahəyə, Səbail rayonunda 14 km uzunluğunda 100 min kv.m sahəyə, Nizami rayonunda 4.4 km uzunluğunda 73 min kv.m sahəyə, Nərimanov rayonunda 10.7 km uzunluğunda 183 min kv.m sahəyə, Xəzər rayonunda 51 km uzunluğunda 363 min kv.m sahəyə, Suraxanı rayonunda 14 km uzunluğunda 104 min kv.m sahəyə, Pirallahı rayonunda 7.3 km uzunluğunda 50 m in kv.m sahəyə, Qaradağ rayonunda 20.6 km uzunluğunda 194 min kv.m sahəyə və Nəsimi rayonunda 2.1 km uzunluğunda 61 min kv.m sahəyə asfalt-beton örtüyü döşənib.

 

Ümumilikdə cari ilin 11 ayı ərzində Bakı şəhərinin 12 rayonu üzrə 267 km uzunluğa malik qəsəbədaxili küçə və yolların 2 mln 322 min 500 kv.m sahəsində asfaltlanma işləri aparılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı