Modern.az

Bakıda daha bir məşhur restoranda yoxlama APARILDI

Bakıda daha bir məşhur restoranda yoxlama APARILDI

Aktual

20 Dekabr 2019, 10:58

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA)əməkdaşları KİV-də yayılan məlumat əsasında Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti, 3007-ci məhəllədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan “Yıldız Catering” MMC-yə məxsus “Sofra” restoranında yoxlama keçiriblər.

 

AQTA-dan Modern.az-a verilən məlumata görə, yoxlama zamanı müəssisədə qida təhlükəsizliyi sahəsində normativ sənədlərin tələblərinə əməl edilmədiyi, sanitar norma və qaydaların kobud şəkildə pozulduğu aşkarlanıb.

 

Həmçinin müəssisədə həşəratlara və gəmiricilərə qarşı profilaktik tədbirlərin aparılmadığı, dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin görülmədiyi müəyyən edilib. Yoxlama zamanı o da məlum olub ki, mətbəx sahəsinin mövcud sanitar-texniki və sanitar-gigiyenik vəziyyəti normativ sənədlərin tələblərini kobud şəkildə pozur.

 

Aşkarlanan nöqsanlarla əlaqədar qanuvericiliyin tələbləri çərçivəsində ictimai iaşə müəssisəsində xidmətlərin göstərilməsinə dair məhdudlaşdırıcı qərar qəbul edilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı