İspaniya La Liqasında "Real Madrid" və "Barselona" arasında növbəti El-Klasiko keçirilir.
Modern.az-ın məlumatına görə, "Santyaqo Bernabeu" stadionundakı XXVI tur qarşılaşması bir neçə dəqiqədir start götürüb.
Stationda "TOPAZ"ın reklamı da yerləşdirilib.
Qeyd edək ki, 25 oyundan sonra "Barselona" 55 xalla liderdir, "Real Madrid" isə 53 xalla 2-ci yerdə gedir. Kataloniya komandasına liderliyini qoruması baxımından heç-heçə də kifayət edir. "Kral klubu" isə İspaniya Kubokunda mübarizəni dayandırması və Çempionlar Liqası ilə vidalaşmağa yaxın olduğunu nəzərə alaraq ("Real Madrid" 1/8 final mərhələsinin ilk görüşündə "Mançester Siti"yə evdə 1:2 hesabı ilə uduzub), yalnız çempionluq titulu üçün şanslarını qoruyur. "El-Klasiko"dan qalib ayrılacağı təqdirdə, Zinəddin Zidanın baş məşqçi olduğu kollektiv hədəfinə doğru ciddi addım atacaq.