Modern.az

İbtidai siniflərdə rus bölməsi üçün vakant yerlərin sayı AÇIQLANDI

İbtidai siniflərdə rus bölməsi üçün vakant yerlərin sayı AÇIQLANDI

مورد توجه

2 Mart 2020, 13:30

Təhsil Nazirliyi ölkənin orta məktəblərində rus bölməsi üzrə vakant olan ibtidai sinif müəllimlərinin sayını açıqlayıb.

 

Statistikaya əsasən rus bölməsi üzrə respublikada 11 ibtidai sinif müəlliminə ehtiyac var.

 

Modern.az-ın məlumatına görə, Təhsil Nazirliyinin Yerli təhsil idarəetmə orqanlarının işinin əlaqələndirilməsi sektorunun məsləhətçisi Elçin Kərimov bildirib ki, bu say Abşeron və Saatlı rayonlarında üstünlük təşkil edir:

 

"Həmin yerlər yerli təhsil idarəetmə orqanları tərəfindən vakant yer kimi təqdim edilib. Hesab edirik ki, müəllimlərin işə qəbulu müsabiqəsində həmin vakant yerlər dolacaq".

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı