Koronavirusla mübarizə çərçivəsində polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər zamanı xüsusi karantin rejimi qaydalarını pozan fiziki və hüquqi şəxslərə qarşı inzibati tənbeh tədbirləri tətbiq edilib.
Daxili İşlər Nazirliyindən (DİN) Modern.az-a verilən məlumata görə, iyulun 5-də həyata keçirilən nəzarət tədbirləri ilə epidemiya əleyhinə rejimi pozan respublika üzrə 11 iaşə obyektinin fəaliyyət göstərməsi faktı aşkarlanıb:
“Həmin obyekt sahiblərinin 1-i inzibati həbs, 10 nəfər isə inzibati cərimə edilib.
Ümumilikdə ötən gün ərzində respublika üzrə xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 4 nəfər inzibati həbs edilmiş, 2294 nəfər inzibati cərimə olunmuşdur ki, onlardan da 548 nəfəri tibbi maskadan istifadə etməyənlərdir.
Bir daha vətəndaşlarımızdan Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün tələblərinə qeyd-şərtsiz riayət etməyi tələb edirik”.