Modern.az ali məktəblərimizin bu günə kimi yetişdirdikləri və hazırda vəzifədə olan şəxslər haqqında yazılarını davam etdirir. Budəfəki təqdimatda Bakı Slavyan Universitetindən məzunu olmuş “vəzifəlilər”dir.
Bu Universitet tərcüməçidən tutmuş, səfir vəzifəsinə yüksələn tələbələr yetişdirib. Ali təhsil ocağının şinelindən çıxan vəzifəlilər arasında Təhsil Nazirliyinin Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsinin müdiri Fərzəli Qədirov, 1989-cu ildə məzun olmuş Fövqəladə Hallar Nazirliyində baş idarə rəisi, polkovnik Niyazi Zamanov, Xarici İşlər Nazirliyində Konsulluq İdarəsinin rəis müavini Mehriban Nəcəfova, Azərbaycanın İndoneziyadakı səfiri İbrahim Hacıyev, adlarını qeyd etmək olar.
Azərbaycanın Rusiyadakı səfirliyində üçüncü katib Arifə Şahbazova, 2010-cu ildə məzun olmuş Ədliyyə Nazirliyində Məhkəmə Ekspertizası Mərkəzində tərcüməçi vəzifəsində çalışan Vəzifə Əliyeva, Xarici İşlər Nazirliyində ümumi katiblikdə çalışan Leyla Musayeva, XİN İnformatika İdarəsi məsləhətçi Murad Balacayev, XİN Konsulluq İdarəsində şöbə müdiri Nərgiz Yusubova, XİN İnformasiya idarəsində üçüncü katib Samir Məlikli, XİN-nin ümumi katiblik şöbəsində çalışan Samirə Seyidova, və Səbinə Yusifzadə də Bakı Slavyan Universitetinin şinelindən çıxıblar.
Azərbaycanın Bolqarıstandakı səfirliyində hərbi attaşe Ayan Əliyeva, XİN-in Tarix və Arxiv İdarəsi hərbi attaşe Leyla Seyidəliyeva, XİN Mətbuat Mərkəzində hərbi attaşe Qoşqar Zeynalov, XİN Təhlükəsizlik Problemləri İdarəsində attaşe Ruslan Rzayev, Azərbaycanın İndoneziyadakı səfirliyində attaşe Vüsal Əliyev, XİN-in informasiya idarəsində şöbə müdiri Yusif Vəzirov, ölkəmizin Qazaxıstandakı səfirliyində müşavir Nizami Rüstəmov, ölkəmizin Fransadakı keçmiş səfiri Tarık Əliyev də bu universitetin yetirməsi olublar.
Gültəkin Ələsgər