Modern.az

Təbrizdən açıqlama: “Evimizə dönə bilmirik”

Təbrizdən açıqlama: “Evimizə dönə bilmirik”

Aktual

16 Avqust 2012, 12:36

“Təbrizdə və ətraf bölgələrdə hələ də yeraltı titrəyişlər davam edir”. Bu barədə bir qədər əvvəl Modern.az-a Təbrizdən - əmniyyət məqsədilə adının çəkilməsini istəməyən şəhər sakini məlumat verib. Onun sözlərinə görə, titrəyişlər insanlar arasında ciddi təşvişə yol açıb:
“Buna görə də evlərimizə dönə bilmirik. Çünki, titrəyişlər evdə də hiss olunur. Və elə bilirik ki, bu saat ev başımıza uçacaq”.

Mənbənin sözlərinə görə zəlzələ zamanı Təbriz şəhərinin özü zərər görməsə də, ətraf kəndlərdə ciddi dağıntılar olub.  Əlaqədar hökumət qurumları isə baş vermiş hadisənin fəsadlarının aradan qaldırılması üçün təcili və əhəmiyyətli tədbirlər görməyiblər: “Bu da daha çox insanın uçqunlar altında qalaraq həyatını itirməsinə səbəb olub”.  

Modern.az  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı