Modern.az

Yetər daha - Aytəkin Alxaslı YAZDI

Yetər daha - Aytəkin Alxaslı YAZDI

Aktual

4 İyun 2021, 18:23

Dəhşətli hadisəni eşidəndən-Kəlbəcər ərazisində iki həmkarımın və icra nümayəndəsi müavininin minaya düşmələrini eşidəndən özümdə-sözümdə deyiləm. Çox sarsıldım. Xidməti vəzifələrini yerinə yetirən Məhərrəm İbrahimovla Sirac Abışovun iş başında-erməni vəhşiliyini dünyaya tanıtdırmaq istəyən iki gənc həmkarımın faciəsinə çox sarsıldım.

 

Erməni vandallığına dözmək mümkün deyil daha.İki həmkarımın yerinə hər birimiz ola bilərdik.Dekabrın 17-18-də Xudafərində,yanvarın 5-6 -da Zəngilanda olarkən mən də minaya düşə bilərdim. Dediyim odur ki,bu üzüntülü olaya biganə qalmaq mümkün deyil. Qəti mümkün deyil. Mən də bütün həmkarlarımın dediklərinə şərikəm. Bu hadisəyə beynəlxalq təşkilatlar,beynəlxalq jurnalist təşkilatları çox ciddi və kəskin reaksiya verməlidir. Mən öz adımdan və şimal bölgəsində yaşayan bütün həmkarlarım adından tələb edirəm ki, özlərini lal-karlığa və korluğa qoyan beynəlxalq təşkilatlar susmağa son qoyaraq faciənin günahkarlarını-şovinist və quldur Ermənistanın, bu işdə onlara dəstək verən hər kəsin ciddi cəzalarıandırılmasını həyata keçirsinlər.

 

 

Faciə ilə bağlı həmkarlarım Məhərrəm İbrahimovla Sirac Abışovun və icra nümayəndəsi müavini Arif Əliyevin ailələrinə, bütün Azərbaycan mediasına və ictimaiyyətinə dərin hüznlə başsağlığı verirəm.Yetər daha. Onların qanı yerdə qalmayacaq!

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı