Modern.az

Jurnalistlərin Müdafiəsi Komitəsindən Kəlbəcərdəki faciəyə REAKSİYA

Jurnalistlərin Müdafiəsi Komitəsindən Kəlbəcərdəki faciəyə REAKSİYA

Aktual

5 İyun 2021, 14:04

Ermənistan hakimiyyəti minalanmış sahələrin xəritəsini verməlidir ki, digər jurnalistlər minaların qurbanı olmasın.

 

Modern.az-ın məlumatına görə, bu barədə Jurnalistlərin Müdafiəsi Komitəsinin Avropa və Mərkəzi Asiya üzrə əlaqələndiricisi Gülnoza Səidin bəyanatında deyilir.

O bildirib ki, Kəlbəcər rayonunda jurnalistlər Məhərrəm İbrahimov və Sirac Abışovun ölümü faciədir: "Ermənistan hakimiyyəti digər jurnalistlərin münaqişə qurbanına çevrilməməsini təmin etmək üçün mina sahələrinin xəritəsini verməldir. Jurnalistlərin vəzifə səlahiyyətlərini yerinə yetirərkən təhlükəsizliklərini təmin etməyə çağırırıq".

 

Xatırladaq ki, iyunun 4-də Azərbaycan Televiziyasının operatoru 1989-cu il təvəllüdlü Sirac Abışov və Azərtac İnformasiya Agentliyinin əməkdaşı 1982-ci il təvəllüdlü Məhərrəm İbrahimov Kəlbəcər rayonunda xidməti vəzifələrini yerinə yetirərkən minaya düşərək həlak olublar.

Həmin şəxslər işğaldan azad olunmuş ərazilərdə Ermənistan silahlı qüvvələri tərəfindən dağıdılmış yaşayış məntəqələrinin çəkilişini həyata keçirirdi.

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı