Modern.az

Məşhur aktyor film çəkilişi zamanı qarət olundu

Məşhur aktyor film çəkilişi zamanı qarət olundu

Aktual

27 Avqust 2021, 17:47

Amerikalı aktyor Tom Kruz “Qeyri-mümkün missiya” filminin 7-ci seriyasının çəkilişləri zamanı qarət olunub.

 

Modern.az xəbər verir ki, hadisə Birmingemdə baş verib.

 

Məlumata görə, aktyorun 100 min avro qiyməti olan BMW avtomobili otelin yanındakı parklama yerindən qaçırılıb. Avtomobilin yoxa çıxdığını aktyorun mühafizəçisi görüb.

 

Tom Kruz bildirib ki, avtomobilin salonunda onun bir neçə min funt-sterlinq dəyərində şəxsi əşyaları olub. Polis maşının yerini tezliklə müəyyənləşdirə bilib, lakin aktyora məxsus qiymətli əşyaları tapmaq mümkün olmayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı