Modern.az

Azərbaycanın üçqat Paralimpiya çempionu kimdir? - DOSYE

Azərbaycanın üçqat Paralimpiya çempionu kimdir? - DOSYE

Aktual

3 Sentyabr 2021, 16:35

Xəbər verdiyimiz kimi, Azərbaycan para-üzgüçüsü Raman Saleh bu gün Tokio-2020 Yay Paralimpiya Oyunlarında növbəti qızıl medalını qazanıb. Belə ki, o, 100 metr məsafəyə batterflay üsulu ilə üzmədə 57.81 saniyəlik nəticə göstərərək, bütün rəqiblərini qabaqlayıb. Bu, Salehin Tokioda qazandığı 3-cü qızıl medalıdır. O, daha əvvəl 100 metr məsafəyə sərbəst üsulla və 100 metr məsafəyə arxası üstə üzmədə birinci yeri tutub.

 

Modern.az Azərbaycanın yeganə üçqat Paralimpiya çempionu olan para-üzgüçümüz Raman Saleh haqqında məlumatları oxuculara təqdim edir. 

 

Ölkəmizi təmsil edən belarus əsilli para-üzgüçü Roman Sergeyeviç Saley 1994-cü il fevralın 27-də anadan olub. O, ölkəmizə 2013-cü ildən Azərbaycanın şərəfini qoruyan qardaşı Dmitrinin tövsiyəsi ilə gəlib.

 

 

Raman Saleh ilk dəfə Azərbaycan bayrağı altında 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən XV Yay Paralimpiya Oyunlarına qatılıb. Həmin turnirdə 100 metr məsafəyə arxası üstə üzmə yarışlarında gümüş medal qazanıb. Daha öncə müxtəlif illərdə iki dəfə dünya ikincisi və iki dəfə də dünya üçüncüsü olub.

 

Onun böyük qardaşı Dmitri Saleh də üzgüçüdür və Rio-de-Janeyro şəhərində keçirilən XV Yay Paralimpiya Oyunlarında ölkəmizi təmsil edərkən 2 gümüş medal qazanıb. O hazırda Belarus bayrağı altında çıxış edir.

 

Raman Saleh və qardaşı Dmitri Saleh XV Yay Paralimpiya Oyunlarında qazandıqları yüksək nailiyyətlərə, habelə Azərbaycan idmanının inkişafındakı xidmətlərinə görə Prezident İlham Əliyevin sərəncamı ilə "Vətənə xidmətə görə" III dərəcəli ordeni ilə təltif ediliblər.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı