Modern.az

Saakaşvili müğənnidən nikahdankənar qızı olduğunu etiraf etdi

Saakaşvili müğənnidən nikahdankənar qızı olduğunu etiraf etdi

Aktual

31 Dekabr 2021, 13:54

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili deyib ki, onun gürcü müğənnisi Sofiya Nijaradzedən nikahdankənar Elis Mariya Saakaşvili adlı bir qızı var.

Modern.az xəbər verir ki, bu etirafı M.Saakaşvili özünün
“Facebook” səhifəsində yazıb.

Eks-prezident “Mtavari Arkhi” telekanalında yayımlanacaq Yeni il konsertində tamaşaçıları ilk dəfə anası Sofi Nijaradze ilə birlikdə sevimli və ən kiçik qızı Elis Mariya Saakaşvilinin salamlayacağını bildirib.

Gürcüstanın keçmiş lideri bütün ölkə sakinlərini qarşıdan gələn Yeni il münasibətilə təbrik edib və 2022-ci ilin dəyişikliklər ili olacağına ümid etdiyini də vurğulayıb.

“Yeni iliniz mübarək olsun. 2022-ci ildə biz mütləq hər şeyi dəyişməliyik ki, uşaqlarımız daha şən və xoşbəxt olsunlar”.

Saakaşvili oktyabrda Ukrayna Ali Radasının deputatı Yelizaveta Yasko ilə münasibətdə olduğunu bildirib. Keçmiş prezident 1993-cü ildən rəsmi olaraq Sandra Rulofs ilə evlidir.
Cütlüyün iki övladı var - Eduard və Nikoloz.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı