Modern.az

Tokayev Paşinyana TƏŞƏKKÜR ETDİ

Tokayev Paşinyana TƏŞƏKKÜR ETDİ

Aktual

7 Yanvar 2022, 14:38

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sədri, Ermənistanın baş naziri Nikol Paşinyana, o cümlədən Rusiya, Belarus, Qırğızıstan və Tacikistan prezidentlərinə KTMT-nin birgə sülhməramlı qüvvələrinin göndərilməsi qərarına görə minnətdarlığını bildirib.
 

Modern.az-ın xarici KİV-ə istinadən məlumatına görə, Tokayev deyib:


“KTMT-yə sədrlik edən Ermənistanın baş nazirinə, həmçinin Belarus, Qırğızıstan və Tacikistan prezidentlərinə səmimi qəlbdən təşəkkür etmək istəyirəm.

Mən Rusiya prezidenti Vladimir Putinə xüsusi təşəkkürümü bildirmək istəyirəm. O, mənim bəyanatıma mehriban, isti və çevik münasibət bəslədi”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı