Modern.az

Qum daşınması ilə bağlı sənədlər Baş Prokurorluğa göndərildi

Qum daşınması ilə bağlı sənədlər Baş Prokurorluğa göndərildi

مورد توجه

7 Yanvar 2022, 14:50

Xəzər rayonu, Zirə qəsəbəsi ərazisindən qum daşınması ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb və fakt təsdiqini tapıb.

 

Xidmət rəsmisi Vaqif Cavadov Modern.az-a bildirib ki, araşdırma zamanı sözügedən ərazidə vətəndaş Əsəd Ağayev tərəfindən “HOWO” markalı 99-RE-643 dövlət nömrə nişanlı nəqliyyat vasitəsilə 2592 m3 həcmində qumun qanunsuz daşındığı və təbiətə 36 288 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

 

Təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı