Türkiyə-Ermənistan əlaqələrinin normallaşması barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu estoniyalı həmkarı Eva-Maria Liimetsin ilə fikir mübadiləsi aparıb.
Modern.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
“Görüşümüz zamanı Ermənistanla qurulacaq əlaqələr müzakirə olundu. Ən yaxın zamanda mən də Estoniyaya səfər edəcəm”, - deyə Çavuşoğlu bildirib.