Xeyriyyəçilik, xeyirxahlıq zəngin və şanlı keçmişimizdən xalqımıza miras qalan böyük dəyər, xoş ənənədir. Bu müqəddəs dəyərlər xalqımızın insanpərvər, humanizm prinsiplərinə baglılıgından xəbər verir. Zaman-zaman xalqımızın qonaqpərvərliyi, xeyirxahlıgı, alicənablıgı haqqında istər ölkə daxilində, istərsə xaricində danışılıb, təqdir olunub, alqışlanıb.
Hacı Zeynalabdin Tagıyev də xalqımızın belə yüksək əxlaqi keyfiyyətlərinə malik övladlarından biridir.
Missiyası nəcib əməllər üzərində qurulan Hacı Zeynalabdin Tagıyevi xalqımız və dövlətimiz hər zaman sevgi ilə anır, onun şərəfli həyat yolunu gənclərimizə qədirbilənliklə aşılayır.
Modern.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Rəşad Mahmudov söyləyib.
Deputat bildirib ki, bir neçə gün öncə Prezident İlham Əliyevin iştirakı ilə əfsanəvi Bakı milyonçusu Hacı Zeynalabdin Tagıyevin şəhərin mərkəzində ucaldılan abidəsinin açılış mərasimi qeyd olunanların təsdiqi idi:
“Dövlət başçısı tədbirdəki çıxışında Tağıyevin abidəsinin ucaldılmasının əlamətdar hadisə olduğunu nəzərə çarpdıraraq qeyd etdi: “2020-ci ildə mənim tərəfimdən Zeynalabdin Tağıyevin abidəsinin ucaldılması ilə bağlı müvafiq sərəncam imzalanmışdır. Açıq müsabiqə elan edilmişdir və Xalq rəssamı, məşhur heykəltaraş Xanlar Əhmədovun işi müsabiqədə qalib gəlmişdir. Ondan sonra mənə abidənin ucaldılması üçün bir neçə yer təklif edildi və mən məhz bu yeri seçdim. Çünki Zeynalabdin Tağıyevin adına layiq olan bir yerdir, Bakının tarixi yerlərindən biridir, şəhər sakinlərinin ən sevimli yerlərindən biridir, tarixi qala divarının önündədir. Tağıyevin abidəsinin məhz bu yerdə yerləşməsinin böyük rəmzi mənası var. Çünki Zeynalabdin Tağıyev ömrü boyu Bakının inkişafına, abadlaşmasına, ümumiyyətlə Azərbaycanın inkişafına böyük töhfələr vermişdir”.
Qeyd etmək yerinə düşər ki, 2003-cü ildə Prezident İlham Əliyevin təşəbbüsü ilə Hacı Zeynalabdin Tağıyevin evi, hazırda Tarix Muzeyinin binası da əsaslı təmir edilib.
Hacı Zeynalabdin Tağıyev zəngin milyonçu kimi yaddaşımıza xalqını sevən, onun düşünən beyninə sahib çıxan, insanlıga dəyər verən böyük xeyriyyəçi kimi hopub. Onun təşəbbüsü ilə ölkəmizdə bir sıra önəmli layihələr həyata keçirilib.
Şübhəsiz ki, Şollar su kəmərinin çəkilişi Hacı Zeynalabdinin paytaxtımız üçün ən əhəmiyyətli layihələrindən biri olub. Bundan əlavə Tagıyevin mədəniyyətimizə və təhsilimizin inkişafına verdiyi töhfələr danılmazdır. Bakıda teatr binasının, azərbaycanlı qızlar üçün ilk dünyəvi məktəbin açılışı onun təşəbbüsü ilə gerçəkləşib. Təbii ki, bütün sahələrdə mənsub oldugu xalqı üçün gördüyü nəcib işləri əhatəli şəkildə ifadə etmək çətindir. Lakin qeyd idim ki, cənab Prezidentin Hacı Zeynalabdin Tagıyevə-xalqımız qarşısında çox böyük xidmətləri olan bu Vətən övladına verdiyi dəyər hər birimizin ürəyincə oldu”.
O, həmçinin vurğulayıb ki, xalqımız müqəddəs dəyərləri həmişə yüksək qiymətləndirib: “Cənubi Qafqazın ən böyük təsisatı olan Heydər Əliyev Fondu uzun illərdir ki, bu şərəfli missiyanı ləyaqətlə davam etdirir, xoş ənənəyə çevrilən belə yüksək dəyərləri yaşadır.
Ölkə rəhbərinin bildirdiyi kimi, Heydər Əliyev Fondunun fəaliyyət göstərdiyi 20 il ərzində əsas məqsədi, vəzifəsi insanlara kömək göstərmək, Azərbaycan mədəniyyətini dünyada təbliğ etmək, təhsil, səhiyyə, mədəniyyət, incəsənət, elm sahələrinə töhfə verməkdir. Sirr deyil ki, respublikamızın multikultural dəyərlərə sadiq, müasir dövlət kimi dünyada tanıdılmasında Heydər Əliyev Fondu müstəsna xidmətlər göstərir və bu istiqamətdə reallaşdırdığı unikal layihələr beynəlxalq ictimaiyyət tərəfindən alqışlanır”.
Deputat sonda bildirib ki, bundan başqa Vətən müharibəsindən sonra yaradılan Qarabağ Dirçəliş və “YAŞAT” fondları da Azərbaycanda xeyrxahlıq ənənələrini, insanlıga xidmət nümunələrini layiqli şəkildə yaşadır. Xoş əməllər xalqımızın alın yazısıdır!