Modern.az

COVID statistikası: 1068 yeni yoluxma, 17 ölü

COVID statistikası: 1068 yeni yoluxma, 17 ölü

Aktual

21 Yanvar 2022, 16:33

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1068 yeni yoluxma faktı qeydə alınıb, 551 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 17 nəfər vəfat edib.

 

İndiyədək ölkədə ümumilikdə 630 420 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 611 156 nəfər müalicə olunaraq sağalıb, 8 581 nəfər vəfat edib, aktiv xəstə sayı 10 683 nəfərdir.

 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7795, ötən müddət ərzində isə ümumilikdə 6 045 582 test aparılıb.

 

 

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı