Modern.az

Ukrayna "Qasırğa"ları Rusiya ilə sərhəddə yerləşdirdi

Ukrayna

Aktual

23 Yanvar 2022, 18:14

Ukrayna təhlükəsizlik qüvvələri Donbasda “Qasırğa” reaktiv yaylım atəş sistemlərinin raket-artilleriya batalyonunu yerləşdirib.

 

Modern.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə özünü müstəqil respublika elan etmiş qondarma Donetsk Xalq Milisi Departamenti açıqlama yayıb.

 

“Biz Donbasda Ukrayna silahlı birləşmələrinin qruplaşmasının yaradılması faktlarını qeydə almağa davam edirik. Birgə qüvvələr əməliyyatının komandanlığı atəşə nəzarət təlimi keçirmək adı altında 3-cü raket-artilleriya batalyonunu - 220 millimetrlik "Uraqan" reaktiv yaylım atəş sistemləri ilə silahlanmış 27-ci artilleriya briqadasını sərhəddə yerləşdirib", - məlumatda deyilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı