Hazırda Baş Prokurorluqda 2021-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş Kollegiya iclası başlayıb.
Modern.az-ın məlumatına görə, iclasda Baş Prokuror Kamran Əliyev çıxış edir.
İclasda, həmçinin, rayon (şəhər) və ərazi hərbi prokurorlarının iştirakı da gözlənilir.
Baş Prokurorluğun Mətbuat xidmətindən Modern.az-a bildirilib ki, Kollegiya iclasının təfərrüatları barədə ictimaiyyətə ətraflı məlumat veriləcək.