Modern.az

Azərbaycançılıq ideyasına dair ictimai forumlar təşkil ediləcək

Azərbaycançılıq ideyasına dair ictimai forumlar təşkil ediləcək

Актуально

4 Fevral 2022, 16:01

Demokratik Jurnalistlər Liqası “Azərbaycançılıq milli-mənəvi dəyərdir - ictimai müzakirələr” mövzusunda layihə icra etməyə başlayıb.

Modern.az xəbər verir ki, layihə çərçivəsində dövlətin əsas istiqamətindən biri olan multikulturalizm siyasətinin əsasını təşkil edən azərbaycançılığın təşviq edilməsi məqsədilə silsilə televiziya müzakirələrinin canlı yayımlanması və sosial şəbəkələrdə yerləşdirilməsi nəzərdə tutulur.
 

Layihə dövründə “Ümummilli lider Heydər Əliyev çağdaş Azərbaycançılıq ideyasının siyasi banisidir”, “44 günlük Vətən müharibəsində milli birliyimiz Zəfər qazandı”, “Dövlətin əsas siyasi istiqamətlərindən biri Azərbaycançılıqdır”, “Multikulturalizm Azərbaycançılıq ideyasının tərkib hissəsidir” və “XX əsrin əvvəllərində Azərbaycançılıq ideyasının təşəkkül tapması” mövzularında proqramlar hazırlanaraq yayımlanacaq və həmin televiziya verilişləri “youtube”da, digər sosial şəbəkələrdə yerləşdiriləcək. Eyni zamanda, Fasebook sosial şəbəkəsində  ötən layihələrdən fəaliyyət göstərən “Dövlətimizi qoruyaq və təbliğ edək” səhifəsində mövzu ilə bağlı ictimai forumlar təşkil ediləcək.
 

Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə gerçəkləşən layihənin məqsədi dövlətin əsas siyasi istiqamətlərindən birinə çevrilən Azərbaycançılıq ideyasının təşviq edilməsinə xidmət edən televiziya müzakirələrini təşkil etməkdir.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı