Pakistanın baş naziri həbs edilib. Modern.az-ın türk mətbuatına istinadən verdiyi məlumata görə, Pakistanın Konstitusiya Məhkəməsi baş nazir Raja Pərviz Əşrəfin vəzifəsinə son verib. Həmçinin Raja Pərviz Eşref və aralarında nazirlərin də olduğu 16 məsul şəxs haqqında həbs qərarı verilib. Nazirlərin gözlənilmədən kütləvi şəkildə həbsinə səbəb olaraq vəzifələrində sui-istifadə hallarının aşkar edilməsi və yol verdiləri kobud qanun pozuntularının olması göstərilib.
Modern.az