Modern.az

COVID xəstəsi küçədə TUTULDU

COVID xəstəsi küçədə TUTULDU

Актуально

21 Fevral 2022, 08:30

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb.


Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan Modern.az-a verilən məlumata görə, rayon sakini Z.Təhməzovun COVID-19 testinin nəticəsi pozitiv olduğu üçün ona ev şəraitində müalicə təyin edilib, sanitar-karantin qaydaları izah olunub. Lakin o, qaydaları pozaraq yaşadığı ünvanı tərk edib və virusun yayılmasına şərait yaradıb.


Həmin şəxs polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb və müalicə aldığı ünvana geri qaytarılıb
Faktla bağlı Bərdə RPŞ-də araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı