Modern.az

Rusiya müharibəni dayandırmaq İSTƏYİR

Rusiya müharibəni dayandırmaq İSTƏYİR

Актуально

10 Mart 2022, 14:54

“Ukraynadakı vəziyyət Rusiyanın dünya siyasi xəritəsində qalmaq uğrunda verdiyi ölümünə döyüşdür”.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov Antalyada keçirilən mətbuat konfransında bildirib.

 

“Rusiyaya qarşı təhdid var. Rusiya buna qarşı savaşacaq. Biz savaşı dayandırmaq istəyirik, amma Qərbin dediklərini etməyəcəyik”, - XİN başçısı vurğulayıb.

 

Qeyd edək ki, bu gün Rusiya, Türkiyə və Ukrayna xarici işlər nazirləri Sergey Lavrov, Mövlud Çavuşoğlu və Dmitri Kuleba arasında üçtərəfli görüş keçirilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı