10 gün öncə İranın Abadan şəhərində çökən Metropol binasının dağıntıları altından daha iki nəfərin cəsədi çıxarılıb.
Modern.az xəbər verir ki, bu barədə “Azad İran” teleqram kanalı görüntülər yayıb.
Beləliklə, tikinti standartlarına və qaydalarına uyğun inşa edilməyən binanın çökməsi nəticəsində ölənlərin sayı 40 nəfərə çatıb.