Modern.az

ÜST rəhbəri Bakıdan bütün ölkələrə müraciət etdi

ÜST rəhbəri Bakıdan bütün ölkələrə müraciət etdi

Aktual

10 Mart 2023, 09:52

Pandemiyadan sonrakı həyatımızı yavaş-yavaş bərpa edirik.

 

Modern.az-ın məlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus 10-cu Qlobal Bakı Forumunun panel iclası zamanı ünvanladığı video mesajda deyib.

 

O qeyd edib ki, xəstəlik evdə yox, iş yerlərində, küçələrdə baş verir. Bu səbəbdən ÜST bütün dövlətləri buna diqqət etməyə çağırır.

 

"Biz COVID-19-la bağlı 300-dən artıq tövsiyə verdik. Pandemiya fondu yaradıldı. Dövlətlər bir araya gələrək qəbul etdilər ki, zəngin və kasıb olmasına baxmayaraq, sağlamlıq hər kəsin hüququdur”,- deyə ÜST rəhbəri əlavə edib.

 

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə martın 9-da “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumu işə başlayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı