Modern.az

Humanitar karvan 5 gündür Ağdam-Xankəndi yolunda gözləyir

Humanitar karvan 5 gündür Ağdam-Xankəndi yolunda gözləyir

Aktual

2 Sentyabr 2023, 08:37

Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) tərəfindən Qarabağda yaşayan erməni sakinlərin ehtiyaclarını qarşılamaq üçün Bakıdan göndərilən ərzaq yüklü avtomobil karvanı artıq 5-ci gündür ki, Ağdam-Əsgəran-Xankəndi yolundadır.

 

Modern.az xəbər verir ki, içərisində 40 ton un olan iki TIR avqustun 29-dan Ağdam-Əsgəran-Xankəndi yolunda, Rusiya sülhməramlılarının postunun qarşısında gözləyir.

 

Qeyd edək ki, AzQAC əməkdaşları və könüllülər ərazidə qurulan çadırlarda gecələyir.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı