Modern.az

Məcburi köçlər şəhər sakinlərinin dolanışığına təsir edir

Məcburi köçlər şəhər sakinlərinin dolanışığına təsir edir

Aktual

Bu gün, 12:53

Yaxın Şərqdəki böhranların enerji və tikinti xərclərini artıraraq ərəb şəhərlərində mənzil layihələrini və yenidənqurma prosesini çətinləşdirdiyi bildirilib.

Modern.az xəbər verir ki, bunu BMT-Habitat təşkilatının nümayəndəsi Ayman Əl-Hefnavi Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası çərçivəsində “Yaxın Şərq böhranı və onun qlobal mənzil və şəhərsalma sahəsinə təsirləri” adlı müzakirədə bildirib.

Onun sözlərinə görə, “Ərəb Şəhərlərinin Vəziyyəti” hesabatında region şəhərlərinin dayanıqlı və əlçatan mənzil təminatında ciddi çətinliklərlə üzləşdiyi qeyd olunub. Lakin son aylarda enerji qiymətlərinin artması, təchizat zəncirində yaranan problemlər və logistika böhranı vəziyyəti daha da ağırlaşdırıb.

Ayman Əl-Hefnavi bildirib ki, yanacaq və enerji xərclərinin yüksəlməsi tikinti materiallarının qiymətinə birbaşa təsir edir və bu, həm yeni yaşayış layihələrinin, həm də qeyri-rəsmi yaşayış məntəqələrinin yenilənməsini çətinləşdirir.

O vurğulayıb ki, hazırkı böhran şəhər sistemlərinin bir-biri ilə nə qədər bağlı olduğunu göstərib:

“Enerji qiymətlərinin artması, təchizat zəncirinin pozulması, maliyyə qeyri-sabitliyi və məcburi köçlər birbaşa mənzil əlçatanlığına və şəhər sakinlərinin dolanışığına təsir edir”.

BMT-Habitat nümayəndəsi qeyd edib ki, mövcud vəziyyətdə şəhərsalma siyasətlərinə yeni yanaşmalar əlavə edilməlidir. Onun sözlərinə görə, fövqəladə maliyyə mexanizmləri, sürətli yenidənqurma fondları və humanitar-inkişaf əməkdaşlığı modelləri daha vacib hala gəlib.

Ayman Əl-Hefnavi əlavə edib ki, yerli tikinti materiallarından istifadə, əmək tutumlu tikinti metodları və enerjiyə qənaət edən layihələr gələcək şəhərsalma strategiyalarının əsas istiqamətlərindən biri olmalıdır.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı