Modern.az

Harri Kasparov: “Putinlə ittifaq iyrənclik və mənəviyyatsızlıqdır”

Harri Kasparov: “Putinlə ittifaq iyrənclik və mənəviyyatsızlıqdır”

Aktual

20 Noyabr 2015, 17:40

Şahmat üzrə keçmiş dünya çempionu Harri Kasparov ABŞ-ın “Wall Street Journal” nəşrində geosiyasi durumla bağlı məqalə yazıb.

Rusiya hakimiyyətinə müxalif olan Kasparov Paris terrorundan sonra Qərb-Rusiya yaxınlaşmasını sərt tənqid edib. Modern.az “Diktatorla rəqs” adı verilən həmin məqaləni təqdim edir.

“Parisə koordinə olunmuş və 129 nəfərin həyatına son qoyan terror hücumlarından 3 gün sonra Barak Obama tribunaya qalxdı. Türkiyənin Antalya şəhərində keçirilən “G20” sammitində çıxış edən prezident Fransa ilə həmrəylik nümayiş etdirdi və “İslam dövləti”nə qarşı həyata keçirilən əməliyyatları dəstəklədiyini bildirdi.. Lakin o, siyasətdə heç bir dəyişikliyin olmayacağını göstərdi. Başqa sözlə, Amerika növbəti dəfə liderlikdən imtina siyasəti göstərir.  

Obamanın Türkiyədəki çıxışı Əsəd hakimiyyətinə dəstək vermək üçün Suriyaya qoşun və texnika göndərən Putinlə foyedə improvizə olunmuş masada aparıdğı danışıqlardan sonra səsləndi. Son bir neçə gün ərzində ABŞ və NATO-nun Putinlə radikal islamçılara  qarşı əməkdaşlıq edəcəyi təklifi bir neçə nüansına görə mənasıdır. Bu nüanslardan ən aşkarı Rusiyanın Suriyaya göndərdiyi qüvvlərin “İslam dövləti”nə qarşı istifadə olunmaması ilə bağlıdır.  

Hətta oktyabrın 31-də əsasən turistlərdən ibarət 224 nəfərlik təyyarəni Misirdə “İŞİD-çilər”in bomba ilə partlatması da Putini öz hədəfindən yayındıra bilmədi. O, Suriyaya İran və Əsədin istənilən legitim alternativ hakimiyyəti məhv etməsinə yardımçı olmaq üçün gəlib. Bunun nəyi status-kvodur?

Bu, Əsəd rejimi və İranın regionu silah gücünə nəzarətdə saxlamaq istəyidir. 

Kreml Avropaya gedən suriyalı qaçqın axınını da dəstəkləyir. Miqrasiya böhranı Putinə iki səbəbə görə sərfəlidir. Birincisi, bu Avropanın anti-Ukrayna kampaniyasından diqqətini yayındırır, ikincisi, miqrant axını Avropada Putin siyasətini dəstəkələyən millətçi-sağçı partiyaların mövqelərini möhkəmləndirir. Əgər Parisdə terror edən şəxslərdən kimsə Suriya qaçqını kimi Avropaya gəlibsə, Rusiya təbliğat maşını bundan bir o qədər çox qazanc əldə edəcək.  

Prezident Obama və digər Qərb liderləri Suriya böhranını həll edən zaman nəzərə almalıdırlar ki, düşməninin düşməni sənin də düşmənin ola bilər.   ABŞ və Qərb üçün İran, Putin Rusiyası və Əsəd rejimi ilə ittifaq mənəviyyatsızlıq, strateji baxımdan səhv və tamamilə mənasız addım olardı. Belə alyansın mənəviyyatsızlığı bəllidir – ABŞ rəsmi səviyyədə İran və Suriyanı terroru maliyyələşdirən ölkələr adlandırır.  

Bu ittifaqa tərəfdar olanlar analoq kimi İkinci Dünya Müharibəsində müttəfiqlərin Stalinə qoşulmasından danışırlar. Bu çox məntiqsiz müqayisədir.

Birinicis, NATO İŞİD-i udmaq üçün Putin, yaxud İranın dəstəyinə ehtiyac duymur. İkincisi, belə ittifaq şiə İranı və Əsəd rejimi ilə ABŞ-ın əməkdaşlıq etdiyini görən sünnilərin “İslam dövləti”ni müdafiə etməkdən başqa yollarının qalmayacağı demək olardı.    

Amerikaılar ilk növbədə sünnilərlə əməkdaşlığın vacibliyini anlamalıdırlar. 2007-ci ildə İraqda “Əl-Qaidə”yə qarşı kampaniya ona görə uğurlu alındı ki, rəsmi Vaşinqton sünni tayfaları ilə ittifaqa girmişdi. Amma Obama administrasiyası İraqdan tez-tələsik gedişi ilə sünniləri onlara düşmən olan şiə çoxluqla təkbətək qoydu. Bu “İslam dövləti”nin yaranması üçün ən münbit şərait idi.

Əgər Fransa İŞİD-i Suriyada fasiləsiz bombalasa, ABŞ isə sözünü tutaraq hava zərbələrini aktivləşdirsə də, fakt faktlığında qalır: 10 min metr yüksəklikdən heç kəsin qəlbini və ağlını fəth edə bilməzsən.  


Hava zərbələrinin problemi yalınz günahsız insanların ölümündə deyil, həm də sizin heç kəsi müdafiə edə bilməyəcəyinizdədir. Suriya və İraq xalqları sabitlik və müdafiəyə ehtiyac duyurlar. Amerika, yaxud Fransa bombaları bunu təmin edən deyil. İnfrastrukrtun total məhvi qaçqınların geri qayıtmasını mümkünsüz edir və  “İslam dövləti” tərəfdarlarının sayının artmasına yol açır.

Obama və onun Qərbdəki həmkarları Suriyaya quru əməliyyatının keçirilməsini qətiyyətlə rədd edirlər. Amma bugünkü reallıq Yaxın Şərqi saran alovun söndürülüməsi üçün bu kardinal addımların atılmasını istisna etmir.   ABŞ və NATO-nun İŞİD-ə qarşı quru əməliyyatı istisna olunmaqla, daha kiçik miqyaslı istənilən addımı uğursuzluqla bitəcək və gələcəkdə Qərbə qarşı teror aktlarının törədilməsinə yol açacaq.  

Müdafiəyəyə çəkilmək məğlubiyyətə bərabərdir. Biz bu insanları indi dəstəkləməliyik, uzaqdan onların öldürlüməsi və qul olmasına baxmalı deyilik. Bizim taleyimiz onlarla sıx bağlıdır. Yeganə həll problemin mənbəyi ilə mübarizədir. “Azadlıq, Bərabərlik və Qardaşliq” təhlükəsizlik olmadan mümkün deyil”.    

Hazırladı: Vüqar İsmayılov    

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı