Modern.az

Dünyada koronavirusa gündəlik yoluxmada yeni REKORD

Dünyada koronavirusa gündəlik yoluxmada yeni REKORD

Dünya

21 Yanvar 2022, 00:58

Son 24 saat ərzində dünyada 3,7 milyondan çox insan yeni növ koronavirusa (COVID-19) yoluxub.

 

Modern.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

 

Qeyd olunur ki, bu, pandemiya başlayandan bəri ən yüksək gündəlik göstəricidir. Bundan əvvəlki antirekord yanvarın 12-də qeydə alınmışdı. Həmin tarixdə yoluxma 3.5 milyon idi.

 

Məlumata görə, indiyədək yoluxanların sayı 336.8 milyon, ölənlərin sayı 5.6 milyon nəfərə yaxındır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı