Modern.az

Suriya ilk dəfə G7-yə qatılacaq

Suriya ilk dəfə G7-yə qatılacaq

Dünya

Bu gün, 14:20

Suriya gələn ay Fransada keçiriləcək G7 sammitində dəvət olunmuş ölkə kimi iştirak edəcək.

Modern.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi vəziyyətlə tanış olan üç mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, sammitdə Suriya Prezidenti Ahmed al-Sharaa da iştirak edəcək. Qeyd olunur ki, bu, Suriyanın G7 sammitinə ilk qatılımı olacaq.

Sammit iyunun 15-17-də Fransanın Evian-le-Ben şəhərində keçiriləcək. Dəvətin Suriyanın maliyyə naziri Yusra Barniyaya çatdırıldığı bildirilir. Nazir bu həftə Parisdə G7 çərçivəsində maliyyə danışıqlarında iştirak edib.

Mənbələrdən birinin sözlərinə görə, Suriyanın danışıqlardakı əsas məqsədi ölkəni potensial strateji logistika və tədarük mərkəzi kimi təqdim etmək olacaq. Xüsusilə Hörmüz boğazından keçidlərdə yaranan problemlərdən sonra Suriyanın yeni marşrut imkanları ön plana çıxarılır.

Xatırladaq ki, İranla müharibənin başlamasından sonra fevralın sonundan etibarən Hörmüz boğazında gəmiçilik fəaliyyəti böyük ölçüdə məhdudlaşdırılıb və bu vəziyyət qlobal iqtisadiyyatda ciddi problemlər yaradıb.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı