Modern.az

Türkiyədə şok əməliyyat: Trampın qızına sui-qəsd planlaşdıran şəxs tutuldu

Türkiyədə şok əməliyyat: Trampın qızına sui-qəsd planlaşdıran şəxs tutuldu

Dünya

Bu gün, 12:37

Türkiyədə ABŞ prezidentinin qızı İvanka Trampa qarşı sui-qəsd planlaşdıran İraq vətəndaşı Məhəmməd Baker Səad Daud əl-Səadi saxlanılıb.

Modern.az xəbər verir ki, bu barədə məlumat "New York Post" qəzetinin yaydığı məlumatda deyilir.

Nəşrin mənbələrinin verdiyi məlumata görə, 32 yaşlı əl-Səadinin İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) və şiə qruplaşması “Kətaib Hizbullah” ilə əlaqələri var. Saxlanılan şəxsin 2020-ci ildə İran generalı Qasım Süleymaninin ABŞ tərəfindən öldürülməsinin qisasını almaq niyyətində olduğu bildirilir.

Mənbələr iddia edir ki, əl-Səadinin əlində İvanka Trampın Floridadakı evinin planı olub. O, həmçinin "X" sosial şəbəkəsində Tramp ailəsinin yaşadığı rayonun xəritəsini ərəb dilində təhdid mesajları ilə birlikdə paylaşıb. Şübhəli şəxs postlarının birində bu sözləri yazıb: “Hazırda biz izləmə və təhlil mərhələsindəyik. Sizə demişdim, qisasımız sadəcə zaman məsələsidir”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı