Modern.az

Nəvələri “iPad” işlədən varlı babalar

Nəvələri “iPad” işlədən varlı babalar

Ölkə

25 İyul 2012, 11:52

Yaxud telefon xəstəliyi...

Kiçik yaşlı uşaqların şıltaqlığını görəndə uşaqlıq illərimizə qayıdır, “o dövrdə belə deyildi”, “biz uşaq olanda bu cür idi” deyə öz zamanımızla indiki dövrü müqayisə edirik. Biz uşaq olanda nə kompüter, nə noutbuk,  nə mobil telefon vardı, nə də Çin istehsallı rezin iyi verən oyuncaqlar, eləcədə saçları tez tökülən “Barbie” gəlincikləri.  Azərbaycan da daxil olmaqla SSRİ-nin bəzi respublikalarında istehsal olunan keyfiyyətli uşaq oyuncaqlarıyla təmin edilirdik. İndi isə...

İndi isə, böyüklər kimi uşaqların da zövqü dəyişib.  Artıq onlar “kitayski”  rezin iyi verən oyuncaqları bəyənmirlər. Bir dəfə oynadıb atırlar kənara. Yaşından aslı olmayaraq mobil telefon, kompüter görən kimi ona can atırlar.  Təəssüf ki kiçiklərin bu arzularını böyüklər istər-istəməz yerinə yetirməli olur.

...Bu günlərdə metroya minib rəfiqəmgilə gedirdim. Mənimlə üz-üzə əyləşən 5 yaşlı uşaq anasının əlinə əl ataraq “ver bir az da mən “iqra” oynayım, bayaqdan sən oynayırsan” dedi. Anası da cavab verdi ki “qoy bu oyunu başa çatdırım, sonra verərəm oynayarsan”.  Ana-balanın telefonda “iqra” oynamaq üstə davalarına baxa-baxa mənzil başına çatdım. Düşündüm ki, getdiyim yerdə telefon davası olmayacaq.
Rəfiqəmgilə gələndə gördüyümü ona danışmaq istəyirdim ki, 4 yaşlı qızının üstünə elə qışqırdı ki, beşikdə yatan körpə yuxudan oyandı. Sən demə uşaq anasının “iPone” telefonunu masanın üstündən götürüb şəkillərə baxmaq istəyirmiş. Anası da deyir ki bu 3-cü telefondur sənin əlində qırılır. Uşaq da anasından geri qalmayıb onun üstünə bağırır  ki, “əgər istəmirsənsə telefonun qırılısn, onda zəhmət çək mənə də birini al. Sizdə var, məndə yoxdur, mən də telefonla oynamaq istəyirəm”. 
Uşağı başa salmağa çalışdım ki, getsin oyuncaqlarıyla oynasın.  Üstümə çımxırdı ki, “elə xoşun gəlir get özün oyna, neynirəm saçıtökülən kuklaları”. Daha cavab verə bilmədim.  Elə burda da ana-qızın mobil telefon üstə didişmələrinə baxa-baxa vaxtı başa vurub döndüm evimə...

P.S. Adını çəkmək istəmədiyim millət vəkili söhbət zamanı nəvələrindən bəhs edirdi. 10-11 yaşlarında  3 nəvəsinin olduğunu deyərək, bildirirdi ki, uşaqların başını qatmaq üçün hər birinə “iPad” verir ki, gedib oynasınlar, başları qarışsın. Evə qonşunun və ya hansısa qohumun uşağı gələndə, elə onlara da “iPad” verir ki səsləri başlarına düşməsin.  “Evinizdə nə qədər “iPad” var ki, bütün uşaqları bununla təmin edə bilirsiniz” sualına cavab verən deputat deyirdi ki, bağ evindəki, avtomobilindəkiləri nəzərə almasaq, evdə uşaqların oynaması, oyuncaq vasitəsi kimi istifadə üçün 5 “iPad” var: “Bizimkilər kompüter, noutbuku bəyənmir...”.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı