Modern.az

Qəbələ meşələrində yanğın məhdudlaşdırılıb

Qəbələ meşələrində yanğın məhdudlaşdırılıb

Təhsil

16 Avqust 2010, 13:17

Qəbələ rayonunda iki gündür davam edən yanğın məhdudlaşdırılıb. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, yanğının söndürülməsi işləri davam etdirilir.
Nazirliyin bugünki məlumatına görə, Qəbələ rayonu, Həmzəlli, Bum və Qəmərvan kəndləri ətrafındakı dağlıq ərazidə meşə zolağının, təxminən, 5 ha sahəsini, Dandıx kəndinin ətrafındakı dağlıq ərazidə isə, təxminən, 3 ha sahəni əhatə edən yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin 600 nəfər canlı qüvvəsi, 30 ədəd texnikası, həmçinin, 2 helikopteri cəlb edilib.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı