Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 11-də ATƏT-in Minsk qrupunun həmsədrləri Robert Bradke (ABŞ), Bernar Fasye (Fransa) və Yuri Merzlyakovu (Rusiya), eləcə də ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi Anjey Kaspşiki qəbul edib. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı aparılan danışıqların hazırkı vəziyyəti və perspektivlərinə dair fikir mübadiləsi aparılıb.