Abituriyentlər və bakalavrlar elektron ərizə vermək üçün Tələbə Qəbulu üzrə Dövlət Komisiyasının (TQDK) virtual ödəmə kartlarını SMS-lə də əldə edə bilərlər. Bu barədə Modern.az-a TQDK-nın mətbuat xidmətin rəhbəri Elnur Nağızadə məlumat verib.
Elnur Nağızadə bildirib ki, elektron ərizə vermək üçün TQDK-nın virtual ödəmə kartlarını SMS-lə əldə etmək istəyən abituriyentlər və bakalavrlar Azercell nömrələrindən 7725 nömrəsinə SMS göndərməlidirlər. SMS-ə cavab olaraq abonentin telefonuna iş nömrəsi və şifr göstərilən virtual ödəmə kartı daxil olacaq.
TQDK rəsmisi onu da bildirib ki, yaxın zamanlarda digər mobil operatorların da abonentləri belə xidmətdən istifadə edə biləcəklər.
Modern.az