Bakı şəhəri, Nizami rayonunda H.Əliyev adına Bakı Neft Emalı zavodunun ərazisində həcmi 3000 kub metr olan çənin içərisində mazut qalıqları yanıb. Modern.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Yanğından yaxınlıqdakı sexlər mühafizə olunub. Alovun qarşısı yanğınsöndürənlər tərəfindən alınıb. Yaxınlıqdakı çənlər yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunub. İlkin ehtimala görə, yanğına qaynaq işləri aparılan zaman yanğın təhlükəsizliyi qaydalarının pozulması səbəb olub.