2020-2021-ci tədris ili üçün keçiriləcək müəllimlərin işə qəbulu üzrə müsabiqəyə elektron sənəd qəbulu növbəti həftədən başlayacaq.
Təhsil Nazirliyindən Modern.az-a verilən xəbərə görə, bu il müsabiqənin test mərhələsinin ölkənin bir neçə şəhər və rayonlarında, fərqli məkanlarda, müvafiq sanitar-epidemioloji tələblərə riayət olunmaqla keçirilməsi planlaşdırılır.