Təhsil Nazirliyi orta məktəblərdə koronavirusa yoluxma halları ilə bağlı son vəziyyəti açıqlayıb.
Təhsil Nazirliyindən Modern.az-a verilən məlumata görə, sentyabrın 26-də 56 şagird və 1 işçinin hərarəti 37 dərəcədən yuxarı olub.
Daha 10 şagird və 2 işçidə koronavirus aşkarlanıb. Daha 1 sinif distant təhsilə keçirilib.
Bununla da distant təhsilə keçirilmiş siniflərin sayı 12-ə çatıb.
İndiyə qədər ölkə üzrə bir məktəbdə tədris dayandırılıb və distant təhsilə keçirilib.