Modern.az

Sentyabrın 15-də dərslərin bərpası nəzərdə tutulur

Sentyabrın 15-də dərslərin bərpası nəzərdə tutulur

Təhsil

20 Avqust 2021, 11:52

Azərbaycanda sentyabrın 15-də dərslərin bərpa olunması nəzərdə tutulur. Lakin ənənəvi tədrisin bərpası sentyabrın əvvəlinə olan epidemioloji vəziyyətdən asılıdır.

 

Modern.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində Prezidentin köməkçisi, Prezident Adminstrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.

 

Prezidentin köməkçisi qeyd edib ki, uşaqların və valideynlərin peyvənd olunması ilə bağlı hər hansı tələb yoxdur.  Ancaq təhsil işçilərilə bağlı tələbə görə, onların 80 faizinin peyvənd olunması vacibdir.

Whatsapp
Bizə yazın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok