Modern.az

Şəhid Anar Novruzovun qızı tələbə adını qazandı

Şəhid Anar Novruzovun qızı tələbə adını qazandı

Təhsil

4 Sentyabr 2021, 12:39

Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzi (DİM) 2021/2022-ci tədris ili üçün ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələrini elan edib.

 

Modern.az-ın məlumatına görə, şəhid mayor Anar Novruzovun qızı Firuzə Novruzova da tələbə adını qazanıb.

 

Bu barədə jurnalist Leyla Abdullayeva məlumat paylaşıb:

 

"Bu gün ən çox məni sevindirən iyul şəhidimiz mayor Anar Novruzovun qızı Firuzə balamızın tələbə adını qazanması oldu. Atası tarix yazdı, qızı isə fəxrlə həmin tarixi gələcək nəsillərə çatdıracaq. Təbriklər Firuzəm".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok