Xəbər verdiyimiz kimi, Bakı Dövlət Universitetinin qarşısında COVID-19 sertifikatı yoxlaması zamanı böyük sıxlıq yaranıb.
Sıxlığın səbəbini öyrənmək məqsədilə BDU-nun İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin müdiri Günel Orucəliyeva ilə əlaqə saxladıq.
O Modern.az-a açıqlamasında bildirib ki, yaranmış sıxlığın səbəbi ilk dərs günü ilə bağlı tələbələrin sayının çoxluğu, həmçinin birinci kursların valideynləri və yaxınları ilə universitetə gəlmələri olub:
“Mühafizəçilərin universitet ərazisindən kənara nəzarət etməsi, demək olar ki, mümkün deyil. Amma hər bir korpusda və fakültələrdə tələbələrin vaksin pasportunun olub-olmaması fərdi qaydada yoxlanılır, sosial məsafənin gözlənilməsinə riayət edilir”.