Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan ABŞ Nümayəndələr palatasının xarici əlaqələr komitəsində qondarma erməni qətnaməsinin qəbuluna sərt təpki göstərib. Modern.az türk mətbuatına istinadən xəbər verir ki, Ərdoğan Konqresdəki səsverməni komediyaya bənzədib. “O məclisdə səs verənlərin neçəsi Ermənistanın yerini xəritədə göstərə bilər? Türkiyə bir qəbilə dövləti deyil, böyük bir dövlətdir. Burada itirən Türkiyə deyil, kiçik düşünənlərdir”,-deyə Ərdoğan bildirib.
Ərdoğan sual edib ki, telefonlarla “hə”, “yox” deyə səsvermə ola bilərmi? “Mən bir daha təkrar edirəm; Türkiyə böyük ölkədir. Türkiyənin böyüklüyünü anlamayanlar anlayacaqdır”,-deyə Ərdoğan əlavə edib.